Bu gün Vətən müharibəsi şəhidi Sultanov Nurlan Yaşar oğlunun doğum günüdür.
Şəhidimiz 1999-cu ilin mayın 31-də Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub.
O, 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Müharibədə əvvəl Xocavənd və Füzuli, sonra isə Cəbrayıl və Qubadlıda döyüşlərdə iştirak edib.
2020-ci il noyabrın 3-də Qubadlıda şəhid olub.
N. Sultanov hələ körpə olarkən atasını itirib. Anası və qardaşı ilə birlikdə yaşayıb. (oxu.az)




