MHP-nin Şuşada tikdirəcəyi məktəbin inşasına az qaldı - VİDEO

MHP-nin Şuşada tikdirəcəyi məktəbin inşasına az qaldı -  VİDEO backend

Türkiyənin “Haber Global” kanalı Milliyyətçi Hərəkat Partiyasının səri Devlət Bahçeli tərəfindən səsləndirilən Şuşada məktəb tikilməsi ilə bağlı təklifin detallarını əldə edib.

Msuavat.com xəbər verir ki, yayımlanan süjetdə bildirilib ki, məktəbin tikintisinə az müddət qalıb.

“Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfdən minnətdarlıqla qarşılanmışdı.

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.

Bununla belə, Dövlət Bahçelinin son açıqlamları sadəcə anlaşmazlıqdan yaranmış vəziyyətdir. Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunacaq”, - “Haber Global”ın süjetindən bildrilib.

Daha ətraflı videoda izləyə bilərsiniz: