Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA

Rusiya MN-dən sülhməramlılarla bağlı  AÇIQLAMA backend

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

Qazilər.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin bu günə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.

"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər" - açıqlamada bildirilib.

Məlumata görə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis qrupları 2121 hektar ərazini, 657,3 km yolları, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1844 binanı partlamamış hərbi sursatlardan təmizləyib, 25,613 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır" - Rusiya MN-dən bildirilib.

Modern.az

Diaspora