Yaxalanan erməni diversantlarla bağlı vacib məqam

Yaxalanan erməni diversantlarla bağlı vacib məqam backend

Azərbaycan Müdafiə Nazirliyinin bu gün səhər saatlarında 6 erməni diversantın yaxalanması barədə rəsmi açıqlamasına Ermənistan MN reaksiya verib.

Axar.az xəbər verir ki, Azərbaycan MN yaxalanan diversantların Azərbaycan ərazisində mina basdırmağa çalışdıqlarına və bu fəaliyyəti icra edərkən ələ keçdiklərini açıqlayıb.

Ermənistan isə həmin şəxslərin diversant deyil, istehkamçı olduğunu, Azərbaycan ərazisinə keçmədiyini, Geqarkunikdə “istehkam işləri ilə bağlı” çalışdıqlarını yayıb.

Yəqin ki, Azərbaycan MN onların fəaliyyətini əks etdirən etiraflarını da yayacaq.

Ancaq erməni tərəfinin açıqlamasında “arqumentlər”in necə zəif olduğu ilk baxışdaca görünür:

1. Mina basdıran deyil, istehkamçıdırlarsa:

a) mina təmizləyirlərmiş. Gecə saat 03 radələrində mina təmizləyirlər?

b) mühəndis-möhkəmlətmə işləri görürlərmiş. Yenə sual olunur: öz ərazilərində istehkam işləri görürlərsə, niyə gecə 03-də? Niyə gün işığında qanuni fəaliyyətlərini icra etməyiblər?

2. Azərbaycan sözügedən əraziyə ermənilərin tank və zirehli texnika toplamağa çalışdığını açıqlayıb:

a) Ermənilər gecə Azərbaycan tərəfdə qalan sərhəddə mina təmizləyirdisə, demək, hansısa irimiqyaslı diversiya əməliyyatına hazırlaşırmışlar.

b) Mina basdırırlarmışsa, onda Azərbaycan əsgərlərinin təchizatına qarşı diversiya ilə onları blokadaya almaq, mövqeni ələ keçirmək və ora ağır texnika yerləşdirməyi hədəfləyiblər.

3. Diversiya əməliyyatı deyilsə, niyə 6 hərbçinin hamısı müqaviləli muzdlulardır? İçində bir həqiqi hərbi xidmətçi yoxdur?

Diaspora