Ermənistan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni terrorçuların adlarını AÇIQLADI

Ermənistan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni terrorçuların adlarını  AÇIQLADI backend

Ermənistan Müdafiə Nazirliyi təxribat məqsədilə Azərbaycan ərazilərinə daxil olarkən ordumuz tərəfindən ələ keçirilən altı erməni terrorçunun adını açıqlayıb.

Azərbaycan silahlı qüvvələri tərəfindən tərksilah edilərək zərərsizləşdirilən erməni diversantların adlarını “Sputnik Ermənistan” dərc edib.

Onlar A.N.Abqaryan, İ.A.Sarkisyan, V.V.Sarkisyan, B.S.Ohanyan, A.Q.Budoyan və V.O.Rafaelyandır.

Xatırladaq ki, mayın 27-də saat 03:00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçərkən zərərsizləşdirilib və ələ keçirilib. (oxu.az)