Parlamentdə Şuşaya “Qəhrəman şəhər” adının verilməsi təklif olunub

Parlamentdə Şuşaya “Qəhrəman şəhər” adının verilməsi təklif olunub backend

“Şuşada muzeylər tarixi abidələr məhv edilib, darmadağın edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.

Deputat bildirib ki, Bülbülün muzeyi də darmadağındır: “Bu ev muzeyi təmir edilsə belə, onun bir hissəsinə toxunulmasın. Gələn turistlər də ermənilərin əməllərinin şahidi olsun. Təklif edirəm ki, hətta bu məsələ “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunda da əksini tapsın”.

Deputat Şuşaya “Qəhrəman şəhər” adının verilməsini təklif edib: “Şuşa bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində azaddır. Buna görə də Şuşada Azərbaycanın qəhrəman hərbçilərinin şərəfinə abidə kompleksi də ucaldılmalıdır”.

Diaspora