Rusiya MN: Dağlıq Qarabağda atəşkəs pozulmayıb...

Rusiya MN:  Dağlıq Qarabağda atəşkəs pozulmayıb... backend

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda tərəflər arasındakı ayrılma xəttində atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.

Qaziler.az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) saytında məlumat verilib.

Bildirilib ki, ötən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət daşıdığı zonada atəşkəs pozuntusu qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər olmayıb. Eyni zamanda, sülhməramlı kontingentin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün hazırlanmış “Blokpost” istehkamları ilə təchiz edilib.

“Bizim əsas vəzifəmiz atəşkəs razılaşmasına əməl olunmasına nəzarət etməklə yanaşı, marşrut xətti boyunca mülki nəqliyyatın təhlükəsizliyini təmin etməkdir. Bunun üçün bütün postlarda yoxlama-buraxılış nöqtələri təşkil olunub. Ərazinin gecə-gündüz monitorinqi aparılır və mülki nəqliyyat vasitələrinin təhlükəsizliyi təmin olunur”, - deyə müşahidə postunun komandiri Sergey İvanov vurğulayıb.

Rusiya Müdafiə Nazirliyindən onu da bildiriblər ki, sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri, pozuntuların və müşahidə məntəqələrinə mümkün hücumların qarşısını almaq üçün təlimlər keçir.

Diaspora