Amalı uğrunda şəhadətə ucaldı - Fərid Əsgərov beş medalla təltif edilib - VİDEO

Amalı uğrunda şəhadətə ucaldı - Fərid Əsgərov beş medalla təltif edilib -  VİDEO backend

44 günlük Vətən müharibəsi başlayanda tərəddüd etmədən orduya yazıldı, amalı uğrunda şəhadətə ucaldı...

Söhbət Neftçala rayon, Qaçaqkənd kənd sakini Fərid Əsgərovdan gedir.

Babası Kamil Abışov deyir ki, Fərid ərkəsöyün olsa da, mövzu Vətən olanda çox ciddiləşərdi.

Torpaqlarımızın işğalda olması ilə barışa bilməyən Fərid Vətən müharibəsi başlayan kimi könüllü olaraq sentybarın 29-da cəbhəyə yollanır.

Fərid Əsgərov döyüşlərə Füzuli istiqamətindən başlayıb. O, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları istiqamətində gedən şiddətli döyüşlərdə cəsarətlə döyüşüb. Düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində xüsusi igidlik göstərib. O, ötən il noyabrın 4-də qəhrəmancasına şəhid olub.

Fərid Əsgərov ölümündən sonra  ''Vətən uğrunda'' , ''Füzulinin azad olunmasına görə'', ''Cəbrayılın azad olunmasına görə'', ''Zəngilanın azad olunmasına görə'' və ''Qubadlının azad olunmasına görə'' medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: (xezerxeber.az)