Ötən gün Azərbaycan Ordusu Zəngəzurun (Gorus rayonu) Xəznəvar (Xoznavar) kəndi istiqamətində mövqelərini daha 1,5 km irəli çəkib.
Axar.az xəbər verir ki, belə bir iddianı erməni mediası Xəznəvar kəndinin başçısı Varo Qriqoryana istinadla yayıb.
Qriqoryanın sözlərinə görə, hazırda kəndlə Azərbaycan hərbçilərinin arasında 2,5 km-lik məsafə var.
Qeyd edək ki, Azərbaycan Ordusu 44 günlük müharibədən sonra Ermənistanla sərhəd rayonlarımızı işğaldan azad edib. Hazırda isə işğal vaxtı ermənilərin müdaxilə və zəbt etdiyi sərhəd ərazilərini bərpa edir. Bərpa zamanı əsasən 1974-cü il xəritələrindən, o cümlədən GPS-dən istifadə edilir.