Vətən müharibəsinin şəhidi İkinci Fəxri xiyabanda dəfn olunacaq

Vətən müharibəsinin şəhidi İkinci Fəxri xiyabanda dəfn olunacaq backend

İtkin düşdükdən doqquz ay sonra nəşi tapılan Vətən müharibəsi şəhidi Təbriz İbrahimovun dəfn olunacağı yer müəyyənləşib.

"Report"un Aran bürosu xəbər verir ki, o, bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Şəhidlə Bakıda vida mərasiminin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.

O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğurunda gedən döyüşlərə qatılıb.

T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb.

Allah rəhmət eləsin!

 

 

Diaspora