Xalq artisti, muğam ustadı Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva da illər sonra Şuşadakı ata yurduna qovuşub.
Qaziler.az qafqazinfo-ya istinadən xəbər verir ki, Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalına görə Qarabağa səfər edən Xan Şuşinski Fondunun rəhbəri uzun illər davam edən həsrətdən sonra xarabalığa çevrilən evlərini ziyarət edib.
Bu məqamda Xan Şuşinskinin 1970-ci illərdə həmin həyətdə çəkilmiş fotolarını təqdim edirik: