Bu gün Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Ermənistanın işğalından azad olunan Laçın rayonundakı "Ağoğlan" monastırını ziyarət ediblər.
APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycan Alban-udi dini icmasının nümayəndələri burada Pasxa bayramını qeyd ediblər.
İcma nümayəndələri tərəfindən monastrda Xristian dini ilə bağlı ayinlər icra olunub, udi dilində liturgiya səslənib, kilsədə şamlar yandırılıb.