Rusiyalı deputat və ekspertlər Allahverdi Bağırovun qəbrini ziyarət ediblər - YENİLƏNİB

Rusiyalı deputat və ekspertlər Allahverdi Bağırovun qəbrini ziyarət ediblər -  YENİLƏNİB backend

Azərbaycanda səfərdə olan rusiyalı deputat və ekspertlər Ağdamda Qarağacı qəbiristanlığında Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət ediblər.

APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyətinin üzvləri burada dağıdılmış məzarlara baxıblar, erməni vəhşiliyi ilə bir daha tanış olublar.

 

***

13.26

Azərbaycanda səfərdə olan rusiyalı deputat və ekspertlər Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.

APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyətlərinin üzvləri Xurşudbanu Natəvanın qəbrini ziyarət ediblər.

Nümayəndə heyətinin üzvləri ermənilərin qəbiristanlıqda törətdiyi vandallığı öz gözləri ilə görüblər.

***

12.46

Azərbaycanda olan bir qrup rusiyalı deputat və ekspert işğaldan azad edilmiş ərazilərə səfər edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rusiyalı deputat və ekspertlərin Ağdama səfəri başlayıb.

Qeyd edək ki, heyətin tərkibinə Rusiya Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan deputatı Oleq Valençuk, Rusiyanın Liberal Demokrat Partiyasının Dövlət Dumasındakı fraksiyası rəhbərinin müşaviri Sergey Voronin, Liberal Demokrat Partiyasının deputatı Sergey Kalaşnikov, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, jurnalist, yazıçı və publisist, “Den TV”nin aparıcısı Dionis Kaptar, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov daxildir.

Diaspora