Qarabağ döyüşçüsü torpaqlarımızın azad edilməsi planından danışdı - “Bu planı yalnız Ali Baş Komandana açmaq olar”

Qarabağ döyüşçüsü torpaqlarımızın azad edilməsi planından danışdı - “Bu planı yalnız Ali Baş Komandana açmaq olar” backend

Bu gün Ağdamın işğalının 22-ci ildönümüdür. Moderator.az - ın əməkdaşı əslən Ağdamdan olan keçmiş qərargah rəisi, polkovnik - leytenant Nazim Bayramova aşağıdakı sualla müraciət edərək fikirlərini öyrənib:

"Əlinizdə səlahiyyət olsaydı Ağdamı geri almaq üçün sizə nə qədər canlı qüvvə və vaxt lazım olardı?

N. Bayramov deyir ki, işğal olunmuş torpaqlarımızı geri qaytarmağın bir yolu var:

"Təkçə bir və ya 2 - 3 rayonun qaytarılması məqsədilə başlanacaq hərbi əməliyatlar (müharibə) son müharibə olacaq. Bu rayonları alacağıq, əvəzində Qarabağı de - yure itirəciyik və Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatlar aparmaq üçün faktiki olaraq bütün dünyaya müharibə elan etmiş sayılacığıq.

Ona görə də biz məsələni mütləq tam həll etməliyik. Təbii ki, Qarabağı və işğal altında olan digər rayonlarımızın geri qaytarılmasının hərbi həlli var. Ancaq bu planı yalnız Ali Baş Komandana açmaq olar, qeyri rəhbərlərə danışmağın xeyri yoxdu, amma ziyanı o ola bilər ki, planın sirləri yayıla bilər."
Diaspora