Jurnalistlərin işğaldan azad olunan Füzuli və Xocavəndə səfəri başlayıb

Jurnalistlərin işğaldan azad olunan Füzuli və Xocavəndə səfəri başlayıb backend

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə media nümayəndələri üçün növbəti səfər Füzuli və Xocavənd rayonlarına təşkil olunub.

Qaziler.az-ın məlumatına görə, səfərin məqsədi işğal dövründə Füzuli və Xocavənd rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, təbii sərvətlərə, təbiət abidələrinə baxış keçirmək və ictimaiyyətə törədilən ekoloji terroru tanıtmaqdır.

ETSN-in mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, media nümayəndələri əvvəlcə Füzuli rayonunun İşıqlı kəndində məhv edilmiş təbiət abidəsi olan Şərq çinarı ağacına, Dövlətyarlı kəndində istismar olunmuş “Dövlətyarlı mişar daşı” yatağına baxış keçirəcək.

Daha sonra Füzuli rayonunun Qaraməmmədli kəndində 1 hektar sahədə ağaclar əkiləcək, “Köndələnçay-1 su anbarı”nda balıq körpələrinin buraxılması baş tutacaq.

Jurnalistlər səfər cərçivəsində Xocavənd rayonunda Azıx mağarası və Hadrut qəsəbəsində 900 yaşlı Şərq çinarını ziyarət edəcəklər.

Diaspora