Azad edilmiş ərazilərdə salınacaq ilk “Ağıllı kənd”in VİDEOTƏQDİMATI

Azad edilmiş ərazilərdə salınacaq ilk  “Ağıllı kənd”in VİDEOTƏQDİMATI backend

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Zəngilanda birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub.

Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.

Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

İşğaldan azad edilmiş ərazilərdə salınacaq ilk "Ağıllı kənd"in videotəqdimatını təqdim edirik:

Diaspora