Ermənilər düzələn deyillər - nə edək?

Ermənilər düzələn deyillər -  nə edək? backend

Aprelin 22-də ermənilərin sərhəddə atəşi pozması, Azərbaycan hərbçilərinə atəş açmaları ciddi narahatlıqlar yaradıb. Bu istiqamətdə müxtəlif dəyərləndirmələrə rast gəlinir.

Rus sülhməramlılarının xahişinə görə bizim hərbçilər cavab atəşi açmayıblar. Amma görünən odur ki, bu tendensiya böyüyə bilər. Məsələn, sabah erməni hərbçilər sərxoş olub, bizə hücum etsə, yenə onlara qarşılıq verilməyəcəkmi? Bu, davam edə bilərmi?

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 22-də keçirdiyi brifinqdə bu olayı nəzərdə tutan açıqlama verib. Sitat: “Bəli, bu çox çətindir, xüsusilə də silahlı qarşıdurmadan sonra, həmçinin psixoloji cəhətdən də. Bəli, çoxları razı deyil. Çoxları davam və ya revanş almaq istəyir. Bəs məqsəd budurmu? Bu, sülhün əldə olunmasında faydalı olacaqmı? Bunun cavabı, məncə, aydındır. Xeyr, olmayacaq”.

Politoloq, deputat Arzu Nağıyev təxribatların hələ 2 ay davam edəcəyini düşünür: “Düşünürəm ki, iyun ayının 20-nə, yəni parlament seçkilərinə qədər bu təxribatlar davam edəcək. Çünki əsas məsələ kimi onlar Zəngəzur dəhlizinin açılışını Paşinyana irad tuturlar. Həm də o, Sünikin icra nümayəndəsini həbs etdirib. Ona görə də çalışırlar ki, təxribatlar yaratsınlar. Təxribat da ondan ibarətdir ki, ya kefli olurlar, ya da hansısa istiqamətdən güllə atırlar. Təbii ki, sülhməramlı qüvvələr hər hansı bir münaqişənin yaranmasını istəmirlər. Şükürlər olsun ki, heç bir itkimiz yoxdur. Amma belə təxribatlar gözləniləndir, istər Zəngəzur dəhlizinə, istərsə də, digər məsələlərə görə”.

Arzu Nağıyev: İnternet azadlığı heç bir halda digər azadlıqları  məhdudlaşdırmamalıdır

Arzu Nağıyev: “Parlament seçkilərinə qədər bu təxribatlar davam edəcək”

Deputat Zaxarovanın dediklərinə də münasibət bildirdi: “Zaxarovanın açıqlaması, ümumiyyətlə, Rusiya xarici işlər nazirinin açıqlaması deməkdir. Onlar ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridirlər. Quru bəyanat vermək iqtidarında da deyillər. Digər məsələ isə ondan ibarətdir ki, 10 noyabr razılaşmasında Rusiyanın imzası var. Hər bir qeyri-qanuni hərəkət, təxribatlar həm sülhməramlı qüvvələrin, həm də Rusiyanın öz missiyasını yerinə yetirə bilməməsi kimi yozulur. Ona görə də bu cür açıqlamalar verirlər. Düşünürəm ki, hər bir dövlət, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə açıqlamalar verməlidirlər. Revanşa gəldikdə isə, aydın məsələdir ki, hər hansı bir revanşdan söhbət gedə bilməz. İyunun 20-ə qədər bu proseslər davam edəcək. Paşinyanın hakimiyyətə yenidən gəlməsindən sonra bu proseslər yəqin ki sakitləşəcək. Erməni millətçiləri bu dəqiqə yaxşı bilirlər ki, Paşinyan hakimiyyətdə qalsa, bunların sonu həbslə nəticələnə bilər”.

Əhəd Məmmədli sərbəst buraxıldı – Yenilənib

Əhəd Məmmədli: “Azərbaycan ikinci dəfə konfliktə qoşulsa...”

Politoloq Əhəd Məmmədli əsəblərin tarıma çəkildiyini qeyd etdi: “Rus sülhməramlıları sanki orada ermənilərin vəkili rolunu oynayırlar. Yaxşı bilirlər ki, Azərbaycan ikinci dəfə konfliktə qoşulsa, bu artıq Ermənistanın ərazisində gedəcək. Onun üçün də hər vəchlə erməniləri qoruyurlar. Bizdən xahişləri oldu, nəzərə aldıq. Amma xahiş də bir dəfə olur. Azərbaycan tərəfi açıq şəkildə deməlidir ki, əgər bu hal təkrarlansa, sərt cavab veriləcək. Güman edirəm ki, belə də olacaq. Çünki əsəblər artıq tarıma çəkilib. Hər şey həmişə belə olmayacaq. Bunu hər kəs anlamalıdır. Ermənilər düşünürdülər ki, ruslar heç zaman Qarabağı almağımıza imkan verməyəcəklər. Amma əksi oldu. Düşünürəm ki, Azərbaycan tərəfi son mesajını Rusiyaya göndərməlidir. Necə deyərlər, ”ya itini ayağına bağlasın", ya da Azərbaycan tərəfi bildiyini edəcək. Nə etmək lazımdırsa, yaxşı bilirik". (Yeni Müsavat)

Diaspora