Türkiyənin "Fox TV" kanalında yayımlanan məşhur "Savaşçı" serialında Qarabağla bağlı yeni səhnələr işıqlandırılıb.
BAKU.WS xəbər verir ki, budəfəki bölümdə azərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıdarkən hücuma məruz qalması öz əksini tapıb.
Qeyd edək ki, serialda azərbaycanlı zabit obrazını Natiq Axund canlandırır. Bundan əlavə həmyerlimiz Rafiq Rəhimli də əsgər obrazını yaradıb.