Altı ay komada qalan hərbçimiz şəhid oldu - FOTO

Altı ay komada qalan hərbçimiz şəhid oldu -  FOTO backend

Vətən müharibəsində yaralanan daha bir hərbçimiz şəhidlik zirvəsinə ucalıb.

HİT.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, Əbilov Nurlan Fərrux oğlu 190 gün komada qaldıqdan sonra bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Əbilov Nurlan Vətən müharibəsi başlayan zaman ordu sıralarına könüllü olaraq qoşulub. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə baş nahiyyəsindən yaralanıb.
Məlumat üçün bildirək ki, şəhidimiz ailəli olub. İki azyaşlı oğul övladı var.

Xatırladaq ki, 15 aprel tarixində 6 ay komada qalan daha bir hərbçimiz Səbuhi Hüseynli şəhidlik zirvəsinə yüksəlmişdi.