Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu Ağdamın "İmarət"ində - FOTO - VİDEO

Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu Ağdamın "İmarət"ində -  FOTO - VİDEO backend

Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri ermənilərin viran qoyduğu "İmarət" qəbiristanlığında olublar.

Qonaqlar qəbiristanlığın qalıqları ilə tanış olub. Səfər iştirakçılarına məlumat verilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.

Qonaqları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Diaspora