1992-ci il aprelin 7-dən 8-ə keçən gecə erməni hərbi birləşmələri Ağdabanlı Qurban, aşıq Şəmşir kimi saz-söz sənətkarlarını bəxş eləyən, aşıq sənəti pərəstişkarlarının ziyarət beşiyi, Azərbaycanın zümdür tacı olan Kəlbəcərin şimal-şərqində yerləşən Murov dağının ətəyindəki Ağdaban kəndini yerlə-yeksan edərək növbəti soyqırıma imza atıblar.
Kənd tamamilə yandırılıb, tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb. Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib.
Azərbaycanın aşıq şeirinin ustadı aşıq Qurbanın və oğlu aşıq Şəmşirin əlyazmaları, o cümlədən ev muzeyi yandırılıb.
Daha ətraflı Baku TV-nin süjetində: