Füzulidə şəhid olan kapitanın doğum günüdür

Füzulidə şəhid olan kapitanın doğum günüdür backend

Bu gün Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun doğum günüdür.

Aqil Məlikov 1986-cı ilin aprelin 6-da Quba rayonunun Alpan kəndində anadan olub.1993-2004-cü illərdə Alpan kənd tam orta məкtəbində, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb.

Şəhid kapitan ailəli idi. Süleyman və Xədicə adlı iki övladı yadigar qalıb.

A. Məlikov 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. O, Vətən müharibəsində Füzuli uğrunda əməliyyatlarda iştirak edib, sentyabrın 27-də şəhidlik zirvəsinə yüksəlib. Şəhid kapitan Quba rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. (azvision.az)
Diaspora