"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tərtərçay Hidroqovşağının İstismarı İdarəsi Suqovuşan Su Anbarı bəndində təmir-bərpa işlərinin aparılması üçün layihə və smeta sənədlərinin hazırlanması məqsədi ilə kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 6-sı, saat 16:00-a qədər idarənin yerləşdiyi Tərtər şəhəri, Vüqar Həsənov Küçəsi, 2 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (22) 236-17-43 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.