Sülhməramlılar Kəlbəcərə humanitar yük DAŞIDI

Sülhməramlılar Kəlbəcərə humanitar yük  DAŞIDI backend

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumatında bildirilir.

  

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. 

Atəşkəs bütün təmas xəttində müşahidə olunur” – açıqlamada deyilir.

 

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir:

 

“Rus sülhməramlıları Rusiya humanitar missiyası ilə birlikdə Xanadzak və Əsgəran yaşayış məntəqələrində iki humanitar aksiya keçirib və bu müddət ərzində yerli sakinlərə 5 tondan çox humanitar yardım verilib.

 

Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 17 hektar ərazi, 3 km yol təmizləndi, 8 bina yoxlanıldı. Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən 1835 hektar ərazi, 564 km yol, 1644 mənzil tikintisi, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 376 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”.

 

Bildirilib ki, Rusiya sülhməramlıları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanının təhlükəsiz keçməsini təmin ediblər: “Dördü - şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa – Qırmızı Bazar - Qacar marşrutu üzrə, digəri isə əks istiqamətdə.

 

Azərbaycan tərəfinin istəyi ilə Rusiya sülhməramlı kontingenti ağırlığı 135 ton olan növbəti humanitar yük partiyasının Madagiz (Suqovuşan) – Vəng – Kəlbəcər marşrutu ilə daşınmasını təmin etdi”.

 

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Diaspora