Vətən Müharibəsi şəhidinin doğum günüdür - FOTO

Vətən Müharibəsi şəhidinin doğum günüdür -  FOTO backend

Vətən Müharibəsi şəhidi İlkin Məmmədovun 19 yaşı olur.

“Qafqazinfo” xəbər verir ki, şəhidimizin doğum günündə Biləsuvar şəhərində olan ata ocağı rayon ictimayyəti və döyüş yoldaşları tərəfindən ziyarət edilib.

Məmmədov İlkin Fərhad oğlu 27 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olub. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətinin üçüncü ayında başlayan Vətən Müharibəsində qəhrəmanlıq göstərib.

Sentyabrın 29-da Xocavənd uğrunda çətin döyüş tapşırığını yerinə yetirərkən ağır mərmi yaraları alıb.

Müalicələrə və həkimlərin səylərinə baxmayaraq, İ.Məmmədov noyabrın 6-da şəhid olub, Bəydili kənd qəbirstanlığında torpağa tapşırılıb.

İ.Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Diaspora