Azərbaycanın Xankəndi şəhərində gərginlik yaşanır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələrində 5 saatdan çoxdur ki, etiraz aksiyaları keçirilir. Etirazçılar yerli separatçı rəhbərlərin və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb edir.
Ərazidə əsas yolların bağlandığı, etirazçıların sayının get-gedə artdığı xəbər verilir.