Şəhid əsgər Goranboyda dəfn olunub -  YENİLƏNİB backend

Şəhid əsgər Goranboyda dəfn olunub - YENİLƏNİB

Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər şəhid olub.

APA-nın yerli bürosunun məlumatına görə, Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu doğulduğu kənddə dəfn olunub.

Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin əsgər yoldaşları iştirak ediblər. 

 

***

14:33

Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər şəhid olub.

APA-nın yerli bürosunun məlumatına görə, Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu bu gün şəhidlik zirvəsinə ucalıb.

Ə. İsmayılov bu gün dəfn olunacaq.