“Balasanyanın açıqlaması Azərbaycana 4 istiqamətdə hərəkət imkanı verir” - ŞƏRH

“Balasanyanın açıqlaması Azərbaycana 4 istiqamətdə hərəkət imkanı verir” - ŞƏRH backend

Xankəndidə toplaşan erməni separatçılarının qondarma “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan deyib ki, “Ermənistandan Qarabağa çağırışçı gəlmir, lakin Ermənistan vətəndaşları Qarabağda könüllü kimi xidmət edə bilərlər”.

Modern.az-ın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı deyir ki, Vitali Balasanyanın bu açıqlaması Azərbaycana 4 istiqamətdə hərəkət etmək imkanı verir:


"1. “Könüllü”lər həm Azərbaycan, həm də xarici ölkələrin qanunvericiliyində “qanunsuz silahlı qruplaşmanın iştirakçısı” sayılır, Fransanın Qarabağ müharibəsində iştirak edən erməni vətəndaşları ilə bağlı istintaqa başlaması bunun nümunəsidir: Qarabağa “könüllü” kimi gələn Ermənistan vətəndaşlarının terrorçu olduğunu beynəlxalq müstəvidə əsaslandırmaq üçün arqumentimiz güclənir;

2. Növbəti anti-terror əməliyyatı zərurəti hüquqi əsas qazanır;

3. Bu açıqlamanı əsas götürərək, Laçın dəhlizinə nəzarəti gücləndirə bilərik;

4. Türkiyə-Rusiya Atəşkəsə Birgə Nəzarət Mərkəzində türkiyəli hərbçilərin mövcud imkanlarını genişləndirməyi tələb edə bilərik".

Diaspora