On beş erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib backend

On beş erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib

Azərbaycan tərəfi 15 erməni hərbçi meyitlərinin qalıqlarını Ermənistana təhvil verib.

Qaziler.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, meyit qalıqlarının Füzuli rayonunda tapılıb. Meyit qalıqlarının verilməsi prosesi Qırmızı Bazar yaşayış məntəqəsində baş tutub.

Qeyd olunub ki, 2020-ci il noyabrın 13-dən bəri Ermənistan tərəfi ümumilikdə 1 518 hərbçinin meyitinin qalıqlarını hərbi əməliyyatlar aparılan ərazilərdən toplayıb.