Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə, Azərbaycanınəməkdar artisti, “Dədə Süleyman” kimi tanınan Süleyman Abdullayev bu günlərdə çox xoşbəxtdir.
Çünki onun doğulub boya-başa çatdığı Füzuli rayonu artıq işğaldan azadedilib.
Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik olan xanəndədir. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə
çatdırılmasına çalışır. Xanəndə ifa etdiyi muğamlarında vətən haqqında şeirlərə
üstünlük verir. Onun ifalarında vətən həsrəti, yurd yanğısı aydın görünür. Qəlbi daima
vətən həsrəti ilə alışıb-yanan xanəndə ifalarında bunu çox gözəl şəkildə tərrənüm etdirir. Onun ifaları dinləyiciləri tərəfindən daima sevilir. Sənətkar vətənin hər qarışına sevgi ilə yanaşır.
Süleyman Abdullayev Modern.az saytına Füzuli ilə bağlı xatirələrindən danışıb. Onunla
söhbəti təqdim edirik:
-Süleyman dədə, Füzulinin işğaldan azad olunma xəbərini eşidəndə hansı hissləri
keçirdiniz?
-Mən Azərbaycanın rayonlarını heç vaxt bölgələrə bölmürəm. Çünki hər biri
Azərbaycandır. Azərbaycanın bir qarışı alınanda mənim həyatım dəyişdi. İstəyir Füzuli,
Ağdam, Şuşa, Laçın olsun. Torpaqlarımızın işğaldan azad edilmə xəbərini eşidəndə
həyatım dəyişib cavan Süleyman oldum. Sevincimin həddi-hüdudu yoxdur. Mən artıq
arzuma çatdım.
-Füzulinin işğaldan azad olunma xəbərini necə öyrəndiniz?
-Hər gün xəbərləri izləyirdim. Bilirdim ki, şad xəbər olacaq. Mən buna inanırdım.
Yuxularımda da hər zaman torpaqlarımızın işğaldan azad olunmasını görürdüm. Bilirdim olacaq, lakin onun geci-tezi var idi. Mən Allah adamıyam yuxuya da, onun yozmalarına da inanıram. Bilirdik olacaq. İçərimizdə bizi istəməyənlər də var. Onlar hamısı bizim bu qələbəmizə mat oldular.Dünya şöhrətli Sərkərdəmiz, Ali Baş Komandanımız İlham Əliyev ordumuzla birlikdə bütün düşmənlərimizi mat etdilər. Bizim xalqımızın birləşməsi bizə çox dəstək çıxdı. Bununla dünyaya sübut etdik ki, biz bir xalqıq. Bundan daha gözəl bir şey yoxdu, ola da bilməz .Ermənilərin torpağı yoxdur və heç bir zamanda olmayıb. Onlar həmişə qaçmalıdırlar. Şəhidlərimizin, igid oğullarımızın qarşısında baş əyirəm. Onların analarına, qurban olum.
Mənim bu 30 ildə ağlamadığım gün olmayıb. Mən arzuma çatmışam. Nəinki mən bütün Azərbaycan arzusuna çatıb. Bu gedişlə biz İrəvanı da alacağıq. Onlar sülhə razı
olmadılar və nəticəni də gördülər. Mənim sevincimin həddi-hüdudu yoxdur. Dövlətimizə, millətimizə, Ali Baş Komandanımıza, bütün əsgərlərimizə minnətdaram.
Mənim 82 yaşım var, lakin torpaqlarımızın düşmən tapdağından azad olunma xəbərini eşidən də elə bildim ki, yenidən doğuldum. O yerlərin hamısı mənim üçün doğmadır.
Mənim uşaqlığım orada keçib. Uşaqlığımın böyük bir qismi Hadrutda da keçib. Bizim
kəndlə Hadrut arasında məsafə 11 km-dir. Hadrutdan Şuşaya məsafə isə 20 km-dir.
Mən bunu bilirdim. Hazırda Füzulidən-Şuşaya Prezidentin sərəncamı ilə yol çəkilir.
Mənim arzum odur ki, yenidən həmin yerlərə gedim.
-Kimlərdən təbrik aldınız?
-Zəng edib, məni təbrik edənlər çox oldu. Xaricdən, rayonlarımızdan dostlarımız hamısı təbrik etdi. Azərbaycan tarrixində çox tarixlərimiz olub. Lakin İlham Əliyev qızıl hərflərlə ən gözəl və əlçatmaz tarixi yazdı.
-Füzuli rayonuna getmək haqqında planlarınız nədir, gedərkən ilk hara baş
çəkmək istəyərdiniz?
-Həmin torpaqlar minalardan təmizlənən kimi oraya gedəcəyəm. Bizim uşaqlar kəndə
getdilər. Qəbristanlıqların belə hamısının minalı olduğunu söylədilər. Demişəm ki,
minalardan təmizlənənəndən sonra maşınla məni Füzulidən Şuşaya aparsınlar.
-Ata-baba yurdunuzun çoxlu videoları yayıldı. Uşaqlığınızın keçdiyi evi görə
bildinizmi?
-Mən özüm Qoçəhmədli kəndində ikimərtəbəli ev tikdirmişdim. Füzulidə hər şey
dağıdılıb. Daşlarını belə daşıyıb aparıblar. Orada gözəl bağlar, bağçalar var idi. Qoz
ağacıları 100 yaşı var idi. Onların hamısını məhv ediblər. Evimin yeri qalıb. Füzuli kimi
dağıdılan rayonlar azdır. Cənab prezident dedi ki, bayraq taxmağa yer yoxdu. Bunlar
dünyanın ən pis məxluqudur. Dünya bunların cəzasınl verəcək. Onlar başa düşür ki, bu
torpaqlar Azərbaycanındır. Ərzurumdan İrəvana kimi gedəcəyik. Dədə Süleyman
tarixçilərdən xahiş edir ki, açıqlasınlar gələcək nəsillər bilsin ki, ermənin torpağı
olmayıb.
-Füzulidə keçən uşaqlığınız bizə maraqlıdır? Füzulili günləri necə xatırlayırsınız?
-Uşaqlıq xatirələrim çoxdur. Danışsam bitmək bilməz. Yadımdadır ki, bizdən bir neçə
kilometr aralıda ermənilər yaşayırdı. Dillərini də başa düşürdüm. Uşaqlıqda başa
düşmürdüm. Bir dəfə anam söylədi ki, ermənilər 1905-ci ildə bizim kəndi yandırıblar.
Daha sonra 1912-18-ci illərdə də ediblər. Bundan sonra ermənilərdən xoşum gəlmirdi.
Uşaqlarla birgə gedib həmişə ermənilərlə dalaşırdıq. Onlar əvvəldən belə olublar. Gözəl meşələrimiz var idi. Ərgünəş deyilən meşədən dekabrın axırı meyvə yığıb gətirirdik. Bunlar heç vaxt yadımdan çıxmır. Bizim kənddə Yeddibulaq var idi. O bulaqların hamısı dərman idi. Kaş qayıdanda el-obamı yerində tapa biləydim.