Prezident: Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir

Prezident: Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir backend

Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin NTV kanalına müsahibəsində Qarabağ probleminin həllində Türkiyənin iştirakının vacibliyindən danışarkən səsləndirib.

Dövlət başçısı bildirib:

"Azərbaycan Ordusu demək olar ki, hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumat verilir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.

Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndi işğalçılardan azad edildi. Onu da deyim ki, həm şimal, həm cənub və həm də şərq istiqamətlərində strateji yüksəkliklər artıq bizim nəzarətimizdədir.

Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər, - əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir, - təqribən 40-a yaxın, ya da ki, 40-dan çox yaşayış məntəqəsi, - şəhərlər və kəndlər işğalçılardan azad edilmişdir. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir".
Diaspora