Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur.
Qazilər.az xəbər verir ki, Prezident İlham Əliyev bunu “TRT Haber” telekanalına müsahibəsində deyib.Dövlət başçısı bildirib:
"Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni, bu Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır. Əfsuslar olsun ki, Ermənistanın gənc nəsli də bu nifrət əsasında tərbiyə edilir. Ancaq bu, bizi yolumuzdan döndərə bilməz. Bilirsiniz, Tərtər şəhərini demək olar ki, dağıdıblar. Tərtər şəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdanə durublar. Deyiblər ki, öldü var, döndü yoxdur, torpağımızdan heç yerə getməyəcəyik. Nə qədər mərmi düşüb? Gün var idi ki, təkcə Tərtər şəhərinə iki min mərmi düşdü. O da balaca bir şəhərdir, böyük şəhər deyil".