“Arzuladım ki, əli-ayağı olmasa da sağ olsun, çiynimdə daşıyım” - Şəhid ailəsindən videoreportaj

“Arzuladım ki, əli-ayağı olmasa da sağ olsun, çiynimdə daşıyım” - Şəhid ailəsindən videoreportaj backend

İyulun 14-də Tovuzda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan gizir İlqar Zeynallı ölümündən 5 gün əvvəl ailə üzvləri ilə birgə ad gününü qeyd edibmiş. O, həmin ərəfədə məzuniyyətə çıxmalı olsa da, gərgin döyüşlərə görə istirahətini təxirə salıb.

Qazilər.az bildirir ki, bunu “Qafqazinfo”nun Tovuza ezam olunmuş əməkdaşlarına şəhidin ailə üzvləri deyib. Onların sözlərinə görə, 25 yaşlı İlqar döyüşə gedəndə sevdiyi qızla da danışıb. Evinə dönən kimi ona yazacağını söz verib. Amma bu gedişin dönüşü olmayıb...

Şəhidin qardaşı Sənan Zeynallı deyir ki, xəbər ona çatanda İlqarı yaralı görməyi arzulayıb: “Düşündüm ki, kaş yaralı olardı. Əli-ayağı olmayaydı, onu çiynimdə daşıyardım, amma bilərdim ki, canı üstündədir”.

İlqarın hərbçi olmasını, bu yolu seçməsini atası Ayaz Zeynalov istəyib. İndi onun yoxluğundan danışmaq Ayaz bəy üçün hər nə qədər çətin olsa da, ata məğrurluğunu itirmir, “Biz vətən üçün övlad böyütmüşük”, - deyir.

Şəhidin Tovuzun Cəlilli kəndindəki evindən hazırladığımız videreportajı təqdim edirik:

Diaspora