“Evimdə oturmuşam, söz verirəm ki…” – Elmar Məmmədyarov danışdı

“Evimdə oturmuşam, söz verirəm ki…” – Elmar Məmmədyarov danışdı backend

Prezident İlham Əliyevin sərəncamı ilə Xarici işlər naziri vəzifəsindən azad olunan Elmar Məmmədyarov gununsesi.org-a müsahibə verib.

Qazilər.az həmin müsahibəni təqdim edir:

– Elmar müəllim, vəzifənizi itirdiniz. Özünüzü necə hiss edirsiniz?

– Vəzifə insan üçün əbədi deyil. Ona görə də özümü normal hiss edirəm. Uzun illər çalışmışam, xidmət göstərmişəm.

– Gələcək planınız nədir?

– Mən cəmi iki gündür ki, xarici işlər naziri vəzifəsindən azad olunmuşam. Evimdə oturmuşam. Gələcəklə bağlı hansısa qərarım yoxdur. Söz verirəm ki, hansı qərarım olsa, bunu sizlə bölüşəcəyəm.

– ABŞ-a övladlarınızın yanına gedəcəksiniz, ya Azərbaycanda qalacaqsınız?

– Dedim axı, hələ heç nə qərarlaşdırmamışam. Hansı addımı atsam, bunu biləcəksiniz.

– Yeni Xarici işlər naziri Ceyhun Bayramov haqqında düşüncələriniz nədən ibarətdir? Onun diplomat kimi təcrübəsinin olmamasını xüsusi vurğulayanlar var.

– Mən Ceyhun Bayramova uğurlar diləyirəm. Savadlı insandır. Şəxsən də tanışlığımız var. Sualınızın ikinci hissəsinə gəlincə, bu, mənə ünvanlanacaq sual deyil. Ona görə də bu haqda özündən soruşsanız, daha yaxşı olardı.