"Azadlıq" radiosu "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə "Azad söhbət" edib.
Qaziler.az bildirir ki, "Azadlıq" radiosunun "Azad söhbət" rubrikasında Rauf Arifoğlu ilə müsahibəsi maraqlı alınıb.Müsahibəsində "Tarixin müəyyən dövründə bütün yükü mən daşımışam" deyən Rauf Arifoğlu: "Siz daha çox jurnalistsiniz, yoxsa siyasətçi?" - sualına, "Mən də bu sualı tez-tez özümə verməyə başlamışam...Daha çox jurnalistəm" - cavabını verib.
Dünyanı çalxalayan, minlərlə insan ölümünə səbəb olan epidemiya-koronavirusla bağlı suala iki övladı xaricdə olan baş redaktor narahatlığını ifadə edib, gərgin günlər keçirdiyini vurğulayıb. "Azadlığ"ın müxbirinin: "Hamı istəyir ki, övladlarını Azərbaycana gətirsin" fikrinə: "Yalnışdır. Əvvəla, bu qədər yükü Azərbaycanın olmayan və ya zəif olan səhiyyəsinə vermək olmaz. İkincisi, məsafələr uzaqdır. Övladlarımdan biri Londonda, digəri Torontodadır. Kanadadan bura gəlmək üçün ən azı 24 saat vaxt lazımdır" - deyib.
Qaziler.az Rauf Arifoğlu ilə geniş müsahibəni təqdim edir: