Şamxal Cəliloğlu: Cəbhə bölgəsində çalışan hər bir media nümayəndəsinin işi təhlükə və risklərdən ibarətdir. Bu insanların iş fəaliyyətinin əsas hissəsi obrazlı desək, səngərdən evlərə xəbər daşımaqla keçir
Qaziler.az "Cəbhədən xəbər var" rubrikasında növbəti yazını təqdim edir.Müsahibimiz Xəzər Televiziyasının Qarabağ üzrə bölgə müxbiri Şamxal Cəliloğludur. O, 2006-cı ildən jurnalistikadadır. Bölgədəki fəaliyyətinə görə Müdafiə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Qırmızı Xaç Komitəsinin və müxtəlif icra strukturlarının Fəxri Fərman və Diplomlarına layiq görülüb. Lakin Şamxal Cəlilioğlu bunu da deyir o, bu uğurlarla yanaşı ən çox tamaşaşı sevgisinə can atır. Ən böyük arzusu isə Qələbədən sonra səngərlərimizdən yox, sərhədlərimizdən xəbər verməklə “cəbhə” jurnalistikasının “sərhəd” jurnalistikasına çevrilməsini görməkdir.
- Hər xəbər tarixin hansısa məqamını təqdim edir. Jurnalist kimi hansı tarixin yazılmasında rolunuz olub?
- Ermənistan Ordusunun müxtəlif illərdə xüsusilə, 2014 və 2016-cı illərdə törəttikləri təxribatlar zamanı cəbhə xəttində hazırladığımız reportajalar təhlükəli və riskli olsa da, verdiyimiz informasiya və çəkilən kadrlarla tarix yazdıq. Qürurluyam ki, bu informasiyalarla ölkə və dünya ictiamaiyyətinə Azərbaycanın haqq səsini çatıra bildik. Eləcə də Lələtəpə yüksəkliyi azad ediləndən sonra həmin yerdən xəbər verən ilk televizya juranalisti olmuşam. Cəbrayılın Cocuq Mərcanlı kəndinin yenidən qurulması tarixinin yazılmasında da müəyyən rolumuz olub.
- Jurnalistikaya gəlişiniz necə olub?
- Hələ orta məktəbdə oxuyandan jurnalist olmaq istəyirdim. Qəbul imtahanlarında topladığ bal məni bu arzuma çatdırdı. Müstəqil Azərbaycan Universtetinin jurnalistiak fakulatəsində oxuduğum müddət ərzində əmək fəaliyyətinə da başaldım. İlk işim 2006-cı ildə Trend informasiya agentliyinin Qarabağ üzrə bölgə müxbirliyi oldu. 2007-ci ildə Xəzər Televizyası açılanda ilk gündən Qarabağ müxbiri vəzifəsinə təyin olundum.Yadımdan çıxmır, televizyamızın ilk xəbər buraxılışında 2 süjetim verildi.
- Xəbər demişkən, hansı xəbəriniz yadınızda çox qalıb?
- Ağdamdan arxeoloji qazıntılarla bağlı xəbərim. Hər hansı informasiya yükünə görə yox. Bu xəbər “Xəzərxəbər”də gedəndə yataq xəstəsi olan atamın yerindən durub, maraqla və həyacanla onu izləməsini unuda bilmirəm. Xəbər bitəndən bir az sonra, “Bu günə şükür” – dedi. Bir neçə gün sonra atam vəfat elədi və onun sözləri mənim üçün kədərli xatirə və vacib stimul olaraq qalır.
- İnformasiya müharibəsində cəbhə bölgəsindən xəbərlərin, xüsusi ilə hərbi məlumatların çatdırılmasının mühüm rolu var. Bu baxımdan təklifləriniz nədir?
- Cəbhə bölgəsindən verilən hər informasiya son dərəcədə əhəmiyyətlidir. Qeyri-rəsmi mənbədən alınan məlumat rəsmi orqanlarla dəqiqləşdirilib yayımlanmalıdır. Çünki, cəbhədə silahlı müharibə ilə yanaşı informasiya müharibəsidə gedir. Ona görə də, cəbhə xəttindən hər hansı xəbəri yayanda ehtiyatlı və məsuliyyətliu olmaq vacibdir. Əvvəlki illərdə bu sahədə müəyyən boşluqlar olubsa da, indi xeyli azalıb. 2016-cı ilin Aprel döyüşlərində biz buna şahid olduq. Təbiki işin maddi texniki təminat daha yüksək səviyədə olsa daha yaxşı nəticələr ələd etmək olar. Məsələn cəbhə xəttindən canlı yayımla reportajların verilməsi, Azərbaycaın informasiya məkanında üstünlüynü qalıb gəlməsinə müsbət təsr edər. Eləcədə bölgədə büroalrın texniki avadanlıqların yeniənməsi vacibdir.
- Çətinliklər nələrdir?
- Bölgə müxbiri olmaq, sürücü, rejissor, prodüsser və montaşçı olmaq deməkdir. Mərkəzdən fərqli olaraq bölgə müxbiri bütün bu işləri tək görür. Bölgə müxbirinin bir neçə rayonu əhatə eləməsi, infrastruktur xüsusilədə, internetlə bağlı çətinliklər vəziyyəti daha da mürəkkəbləşdirir. Eyni gündə müxtəlif rayonlarda hadisələrinin baş verməsi zamanı isə işimiz daha da çətinləşir. Bundan başqa, informasiyanın doğruluğunun təsdiqi də bəzən çox vaxt aparır.
- Nələri Qarabağ bölgəsindən xəbərin özəllikləri hesab edirsininiz?
- Əlbətdə ki, cəbhə xəbərlərini özünənəxsusluğu var. Cəbhə xəbərləri həm operativ, həm dəqiqləşdirilmiş, həm də hərbi sirlərin qorunması ilə verilməlidir. Bunlara tam və parelel riayət etmək isə çətindir. Məsələn, dəqiqləşdirmək üçün vaxt çox olanda operativlik itir.
- Cəbhə bölgəsindən xəbərdə daxili senzura olmalıdırmı və varsa sizin üçün bu nədir?
- Ölkəmizdə senzura ləğv edilib. Lakin bu o demək deyil ki, cəbhə xəttindən, xüsusilədə atəş nöqtəsindən istənilən məlumatı yaymaq olar. Nəzərə alaq ki, yayılan hər xəbər tək ölkəmizdə deyil, qarşı tərəfdə də izlənilir. Buna görə də, düşmən dəyirmanına su tökmək olmaz. Mənim üçün daxili senzura dövlətin maraqlarına zidd getməməkdir.
- Ekstremal şəraitdə xidmət edən müxtəlif peşə sahibləri, məsələn, hərbçilər üçün müəyyən güzəştlər və ya üstünlüklər var. Cəbhə bölgəsində çalışan media nümayəndələri üçün hər hansı bir güzəşt və ya imtiyaz arzu edərsinizmı?
- Cəbhə bölgəsində çalışan hər bir media nümayəndəsinin işi təhlükə və risklərdən ibarətdir. Bu insanların iş fəaliyyətinin əsas hissəsini obrazlı desək, səngərdən evlərə xəbər daşımaqla keçirir. Bu fəaliyyət onların həyatlarına təhlükə ilə müşayət olunur. Çalışdığı media qurumları və dövlət orqanları müəyyən dərəcədə bu əməyi dəyərləndirir. Amma buna baxmayaraq, cəbhə bölgəsində, Qarabağda çalışan müdia nümayəndələrinin daha çox diqqətə ehtiyacı var. Axı, ekstremal şəraitdə işləyən digər peşə sahibləri kimi bölgə mediası da müəyyən imtiyazlarla təmin olunmalıdır. Bir misal çəkim, media ilə bağlı müxtəlif bayramlarda, dövlət tədbirlərində qiymətləndirilən jurnalsitlər arasında bölgə müxbirlərinin adı çox nadir hallarda olur. Ən təsirlisi odur ki, bəzən bizim bilavasasitə bağlı fəaliyyətimzilə bağlı qısqanclıqlar da müşahidə olunur. Yenə faktla deyim, 2016-cı Aprel döyüşlərində bölgədə olan bütün media nümayəndələri həyatlarını təhlükəyə atmaq bahasına işlərini fədakarlıqla gördülər. Döyüşlər sakitləşəndən sonra bir qrup media nümayəndəsi xüsusi mukafatlara layiq görüldü, lakin bu siyahıda bir nəfər olsa belə Qarabağ müxbirinin adı yox idi. Düzün etiraf edək ki, bu cəbhə müxbirlərinə mənfi təsir elədi.
- Çəkmək istədiyiniz və çəkə bilmədiyiniz nələrdir?
- İşğal altında olan ərzilərimiz azad edildikdən sonara, ordakı quruculuq işlərini çəkmək ən böyük arzumdur. Necə ki, Cocuq Mərcanlı kəndinin yenidən qurulması çəkmişik, eləcə də Şuşaya, Laçına o cümlədən doğulduğumu Xankəninə qayıtmağımızı çəkmək istəyirəm. Çəkə bilmdədiyim və olmamasını arzuladığım isə intiharla bağlıdır.
- Jurnalist olaraq kiminsə həyatını yaxşı mənada dəyişə bilmisnizmi?
- Bir az təvözakarlıqdan uzaq görünsə də 6 gəncin jurnalistika sahəsinə yönəlməsinə və peşə fəaliyyətinə başalamısına kömək etmişəm. Sevinirəm ki, onlar da bunu unutmaurlar, necə deyərlər qədrimi bilirlər.
Bundan başqa xəstəlik vəya çətinliklərlə bağlı müraicətləri çəkib göstərdikdən sonra mərhəmətli insanlar çoxuna kömək olunub. Bu işlərdə qismən rolum olduğuna sevinirəm. Onalrın arasında yataqdan qalxıb sağlam həyata başlayanalar da var.
- Fəaliyyətinizdə nələri əsas tumağa çalşırsınız?
- Operativliyi, dəqiqliyi, qərəzziliyi, bitərəfliyi.
- Başınıza gələn maraqlı hadisələrdən birini danışarsınızmı?
- Aprel hadisələrində cəbhənin Tərtər istiqamətində çəkiliş aparanda bir qrup hərbçi yaxınlaşıb buranı təhlükəli olduğu üçün tərk etməyi bildirdilər. Aralaşandan bir neçə dəqiqə sonra ora 2 mərmi düşdü. Hətta yaxınlıqdaki mülkü şəxslərdən iki nəfər həlak oldu və həmin xəbəri çəkib verdik. Belə hadisələr xeyli olub. Bir dəfə isə, cəbhə xəttindən taplan döyüş sursatlarının zərərsziləşdirilməsini çəkirdik. Kiçik bir partlayış oldu. Mütəxəsssilərlə birlikdə həmin əraziyə yaxınalaşan zaman əsl partlayış baş verdi. Toz, torpaq üstümüzə töküldü, bir neçə saniyə gec olsa idi, yəqin ki faciəvi sonluq olacaqdı.
- Həmişəkinin əksinə olaraq, bu dəfə siz yox, sizdən müsahibə alırlar. Necə hissdir?
- Mən müsahiblərin necə əziyyət çəkdiyini canlı yaşadım. (gülür) Çalışdım ki, sualları səmimi və konkret cavab verəm – çünki müsahiblərimdən bunu gözləyirəm.
- Cəbhə bölgəsində olan jurnalistlərin ən böyük arzusu Qələbə xəbərini çatdırmaqdı, deyirlər…
- Döğrudan da, cabhəylə bağlı nə qədər uğurlu reportajlarımz, hər hansı bir tarixin yazılmasında, haqq-ədalətin yerini tapmasında rolumuz olsa da, burda çalışan hər jurnalist kimi mənim də ən böyük arzum Qələbəni görmək və bunu çatdırmaqdır. İnşallah o gün uzaqda deyil. İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız azad ediləcək və bununla da cəbhə jurnalistikası sərhəd jurnalistikasına çevriləcək.
Şöhrət Eyvazov, “Hərbi And”