Bakıya gedib-gələn dostlardan eşidirəm ki, hazırda çox dəyişib şəhəriniz. O vaxt çox kasıb idi Bakı.
Kult.az xəbər verir ki, bu sözləri Nobel mükafatı laureatı, məşhur türk yazıçısı Orxan Pamuk İstanbulda yaşayan “525-ci qəzet”in əməkdaşı şair-esseist Ramil Əhmədə geniş müsahibəsində Bakı haqqında danışarkən deyib.Orxan Pamukun evində baş tutan bir saatdan artıq söhbəti əhatə edən görüş zamanı yazıçı ilk dəfə Bakı haqqında təəsüratını bölüşüb, üzərində işlədiyi romanı haqqında danışıb.
Bakı haqqında təəsüratından danışan Nobelli yazıçı bildirib ki, sonuncu dəfə Bakıda 2004-cü ildə olub:
“Deyilənə görə, indi Bakı çox dəyişib. 14 il keçib aradan. Bakıya ilk gəldiyim gündən hamı məni çox isti qarşılamışdı”.
">