5 aprel insanlığına, vətənpərvərliyinə, millətsevərliyinə, düşmənə qarşı nifrətinə, mübarizliyinə pərəstiş etdiyim Mikayıl Gözəlovun 70 illik yubileyi idi.
Yaşasaydı hamımız birlikdə bu qəhrəman eloğlumuza ürəyimizdən kecən təbrikləri ünvanlıyardıq.Təəssüf ki, yaşamadı, yaşatmadılar.Hər bir kəlməsi ox olub, düşmənlərimizin də, düşmənlərimizə xidmət göstərən sapı özümüzdən olan baltaların-satqınların da ürəyinə-gözünə batdı. Və elə o gündən Mikayıl Gözəlovun ölümünə fərman verildi. Fəxrimiz olan. Illər kecsə də, hər kəsin qəlbində Kişilik rəmzi, igidlik abidəsi kimi qalan bu insanı tanımayanlar ücün kicik bir haşiyə cıxmaq istərdim:Gözəlov Mikayıl Qoca oğlu 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurduqdan sonra, Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirir. Bundan sonra təyinatla Şuşa şəhərinə göndərilir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışdıqdan sonra 1976-cı ildə həmin idarənin rəisi olur. Müxtəlif sahədə çalışdıqdan sonra 1989-cu ildə Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunur.
Mikayıl Gözəlovun ən böyük əməyi bölgədə erməni işğalına qarşı mübarizə olub. Azərbaycan Respublikası prezidentinin 7 noyabr 1991-ci il fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilir. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərmiş, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirilməsinə rəhbərlik etmiş. Bundan əlavə Şuşanın genişləndirilməsinə və azərbaycanlıların rahat yaşaması üçün evlərin tikilməsinə köməklik göstərmiş. 1991 -ci ilin dekabrın 11-də iş otağında güllələnərək qətlə yetirilib.
Yurdunda dörd övladı qalıb . Sona, Səidə, Səbinə, Müşfiq... Körpə yaşlarından ata nəvazişinə, ata tumarına həsrət qalan bu uşaqlardan biri-Səbinə mənim qonağımdır və Mikayıl Gözəlovu bir də onun baxış bucağından tanımağa calışacağıq;
-Səbinə xanım, atanızı necə xatırlayırsınız?
- Atam qətlə yetiriləndə mənim 6 yaşım vardı. Dumanlıda olsa, cox şey yadımdadır. Xüsusən şəhərdə mərmi səsləri gələndə binamızın sakinləri ilə birgə zirzəmilərə yığıldığımız anları unuda bilmirəm. Hamının gözündə bir təşviş, biir həyəcan...Böyüklərdən birbaşa bizədə sirayət edirdi o əhval-ruhiyyə...Nadinc, dəcəl uşaqdan əsər-əlamət qalmırdı, dönüb olurduq böyüklər kimi sakit, narahat, gərgin , amma təmkinli bir “adam”.Yadımdadır ki, bir dəfə kicik əmim(Rasim Gözəlov) Şuşaya bizə gəlmişdi.Düzü, o vaxt fərqində olmamışdım gəlişinin səbəbi nə idi. Cox sonralar əmim bildirdi ki, gəlib Mikayıldan xahiş etdim ki, uşaqları ver. aparım Mərziliyə, ora burdan daha sakit, daha təhlükəsizdir. Atam belə düşündüyü ücün əmimi möhkəm danlamış: “Şuşanın müdafiəsinə rəhbərlik edən adamın ailəsi buradan çıxsa Şuşada kim qalar?!” deyib. Əmimdə küsüb getmişdi.
Bəzən fikirləşirəm ki, atam bizi cox sevdiyi ücün gözündən uzağa qoymurmuş. Cünki bir ata kimi bizim üzərimizdə necə deyərlər, nanə yarpağı kimi əsirdi. Anam deyərdi ki, Müşfiq dünyaya gələndə cox sevinirdi. Müşfiq aprelin 7-də doğulsa da, atası onun doğum haqqında şəhadətnaməsini 5 aprelə yazdırdı. Özünün doğum tarixinə.Tutduğu mövqe, təmkini bu sevinci büruzə verməsə də,oğul övladının olması ,3 bacıya qardaş gəlməsi Mikayılın həyatda ən böyük sevinci olub.
-Atanı son dəfə necə gördün, indi necə xatırlayırsan?
-Atam cox sevdiyi mürəbbə vardı-həmərsin (itburnu) mürəbbəsi.işə getməmişdən öncə həmin mürəbbə ilə cay icirdi və bizə bu mürəbbənin xeyrindən danışar onunla cay icməyimizi istəyərdi.Xüsusəndə mənə... Qaşığı mürəbbə ilə doldurur. Ağzıma yaxınlaşdırırdı, mən də dəcəllikdən, şıltaqlıqdan dodaqlarımı bərk-bərk bir-birinə sıxıb yemək istəmirdim. O da gülməyini zorla sıxaraq, israrından əl cəkmirdi. Naəlac qalıb axır bir təhər qaşığın icindəki, mürəbbəni uddum ki, atam məndən əl cəkər. Gözümü yumub, ikrahla həmərsini ceynəməyə başladım. Gözümü acanda gördümki, ikinci qaşıq ağzımın yanında növbə gözləyir. (gülür) Elə bu zaman xidməti maşının siqnalı gəldi, atam qaşığı mürəbbə qabına buraxıb, tələsik evdən cıxdı. Bu atamın son gedişi oldu. Elə o vaxtdan niyəsə həmin mürəbbəni görməyə gözüm yoxdu. Elə bilirəm, günahkar o mürəbbədi...
-Bəs o məşum xəbəri sizə kim dedi?
- Şəhərə aramsız mərmi atılırdı. Biz həmin gün yenə zirzəmiyə düşmüşdük. Xeyli sonra evə döndük. Zirzəmiyə tələsik düşəndə televizoru söndürməmişdik, unutmuşduq. Televiziyada kişi diktorun kədərli səslə dediyi; Şuşanın icra başcısı Mikayıl Gözəlov öz iş otağında qətlə yetirilib” cümləsi illər kecsə də hələ də yaddaşımdan silinməyib. Birdə gözlərim önündə hec vaxt unutmadıığım bir səhnə qalmaqdadır. Mərzili kəndində Qoca babamın həyətində xeyli adam vardı, atamın tabutu isə düz həyətin ortasına qoyulmuşdu. Qohum-əqrabada nə qədər qadın-kişi vardı hamısı hönkürərək ağlayırdı.Bibimin (atamın bacısı) səsi həyəti başına götürmüşdü. Müşfiqlə məni evin ikinci mərtəbəsində əmim oğlu guyaki qorxmamağımız ücün bizi ağlaşmadan uzaqlaşdırmışdı. Amma eyvanın taxtaları arasından hər şeyi görürdüm. Ölümün nə olduğunu bilmədiyim halda mən də ağlayırdım. Amma duyurdum ki, bu ölüm deyilən şey nəsə cox qorxunc bir şeydi və o atamla bir yerdədi.. ona görədə tez-tez dönüb əmim oğlundan soruşurdumki, indi mənim papam öldü, öldü? Yox eyy, mənim papam ölməz...(ağlayır)
- Eştdiyimə görə atanız rəhmətə gedəndən sonra dayınız, əmiləriniz, babanız , xüsusəndə atanızın dostları, tanışları sizə böyük dəstək olublar...
-Əlbəttə. Maddi cəhətdən hec bir sıxıntı yaşamamışıq. Dördümüzdə ali təhsil almışıq. Ailə qurmuşuq, işlə təmin olunmuşuq. Bunun ücün bizə dəstək olan hər kəsə ailəmiz adından təşəkkür edirəm. Amma... (gözü dolur)
-Amma nə?...
- Məsələn imtahandan 5 alanda, sevinclə universitetin qapısından cıxanda gözlərim atamı gəzib, Həmin vaxt ürəyimdən kecib ki, kaş atamda qapının qarşısında gözləyən valideynlərin arasından cıxıb gələ, məndə sevinə-sevinə onun qucağına atılam, qışqıra-qışqıra, sevinə- sevinə deyəm ki: Ata, qızın “əla” aldı. İstərdim ki, evimizdən gəlin köcəndə, xeyir-duamı atam verə idi, cırağın başına atam hərləyəydi...Nə bilim.... bəlkə ata həsrəti cəkənlər məni anlayar...Artıq 3 ildir ata həsrətimə ana həsrətidə qarışıb..
-Belə anlarda təsəlliniz nə olub?
- 10-15 il əvvəl Müşfiqlə mənə şəxsiyyət vəsiqəsi düzəldilməsi ücün Şuşa rayon “pasportstol”una getmişdik. Ciddi simalı, bir azda qaşqabaqlı işcilərin davranışı məni sıxdı. Sənədləri təqdim edib bir kənara cəkildik. Aradan 2-3 dəqiqə kecməmiş, polis nəfəri əlində sənədlər bizə yaxınlaşdı. Təəccüb qarışıq bir səmimiyyətlə: Siz Mikayıl Gözəlovun uşağlarısınız?-deyə soruşdu.İnanırsınız, bayaqki ciddi, rəsmi görünüşdən əsər-əlamət qalmamışdı. Şuşa camaatı atamı o dərəcədə hörmətlə anır , onu o qədər sevir ki, atamın bizə yox, özünü xalqına həsr etməsinə artıq təəssüf etmirəm.
-Böyüdünüz, boya-başa catdınız, Mikayıl Gözəlov haqqında geniş və hərtərəfli məlumat topladınız. Hazırda bir vətəndaş olaraq, Mikayıl Gözəlov sizin ücün kimdi?
-Təsəvvür edirsiniz, atamı mənə onunla bağlı xatirəsi olan insanlar anlatdılar. Kərim Kərimlinin Mikayıl Gözəlova həsr etdiyi "Qəlbimizdə bir ad yaşar" kitabında toplanan xatirələr tanıtdı.Torpağına, Xalqına, Dövlətinə xidmət edən Vətən oğlu, İdeal Ata, əlçatmaz Şəxsiyyətdi Mikayıl Gözəlov!
-Səbinə xanım başımız söhbətə necə qarışdısa, sizin haqqınızda oxuculara ətraflı məlumat verə bilmədim...
- Azərbaycan Dillər universitetinin İngilis-dili fakültəsini bitirmişəm. İxtisasım müəllimdir. Hazırda Qəbələ rayonunda məskunlaşan şuşalılar ücün tikilib –istifadəyə verilmiş məktəbdə direktor vəzifəsində calışıram. Həyat yoldaşım da şuşalıdır, qonşularım da, iş yoldaşlarım da. Ümumiyyətlə Şuşayla bağlı hər şey mənim ücün əzizdir. Şuşa atamın uğrunda canını qurban verdiyi doğma ocaqdı.
– Son sözünüz nədir?
– İstəyirəm ki nəinki Şuşa, bütün işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad olunsun. Atamın uğrunda canından keçdiyi Şuşa torpağına ayaq basım və oradan da Mərziliyə gedim, atamın qəbrini ziyarət edim. Və nəhayət atam kimi Xalqımıza, Dövlətimizə, Vətənimizə layiqincə xidmət edim.
Əntiqə Rəşid