APA Holdinqin prezidenti Vüsalə Mahirqızı “Real Vaxt” verilişində qonağı olub
Azərbaycan mətbuatının mövcud vəziyyəti, cəmiyyətdəki yeri və ölkəmizə qarşı aparılan təbliğatda təsir imkanları hansı səviyyədədir?Bu və digər suallara APA Holdinqin prezidenti Vüsalə Mahirqızı “Real Vaxt” verilişində qonaq olarkən cavablandırıb. Ekspert bildirib ki, bütün dünyada, o cümlədən ölkəmizdə əsas media internet üzərindən yayılan mətbuatdır.
“Elektron media artıq əsas mətbuat orqanına çevrilib. Print media tarixin yazılması baxımından çox yaxşıdır. Lakin çox təəssüf ki, artıq print media öz aktuallığını itirir. Onun əvəzinə internet media, sosial şəbəkələr, bloggerlər, “YouTube” və s. elektron media daha aktualdır. İndiki halda Azərbaycanda çoxlu sayda saytlar var. Ölkədə 40-dan çox informasiya agentliyi fəaliyyət göstərir. Televiziyalar da çoxdur”, - deyə V. Mahirqızı bildirib.
Bəs bu mətbuatın keyfiyyəti hansı səviyyədədir?
Qonağın fikrincə, mətbuatımızın keyfiyyət baxımından müəyyən problemləri var: “Elə bir ölkə yoxdur ki, orada mediadan tam razı olsunlar. Media hər zaman göz önündədir və həmişə müzakirə olunur”.
Son zamanda sosial şəbəkələrdə təhqiramiz ifadələr, söyüşlərə daha çox rast gəlinir. Hətta bəzi informasiya vasitələri var ki, təhqioramiz ifadələr ora da yol açıb. Bəs söyüşə söyüşlə cavab vermək olarmı?
Bu və digər suallara maraqlı cavablarla tanış olmaq üçün müsahibəyə daha ətraflı video materialda baxa bilərsiniz. (Real TV)