Həyatda ən böyük səhvinin ədalətin varlığına inanmaq olduğunu deyən Vüsal Məmmədov riyakar insanlarla üzləşəndə onlardan iyrəndiyini etiraf edib.
Publika.az xəbər verir ki,“Üç nöqtə” layihəsinin suallarını bu həftə Azvision.az saytının redaktoru, tanınmış jurnalist Vüsal Məmmdəov cavablandırıb.
- İndiki ağlım olsaydı...
- Heç vaxt heç kimə heç bir ümid bağlamazdım.
- Zəmanət verə bilərəm ki...
- Məndən heç kim heç vaxt pislik görməyəcək.
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Elə edərdim ki, hamının yeməyə çörəyi və qalmağa evi olsun.
- Kişilərə o qadınlar xəyanət etmir ki...
- Sadiqliyi özləri üçün ehkama çeviriblər.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- O qadın yoxdur.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Zərif olmaqdır.
- Qadınlar yaşını ona görə gizlədir ki...
- Alt şüurlarında kişilərin həmişə gənc qadın arzuladığını anlayırlar.
- Qadına qarşı şiddət...
- Gül bağına asfaltçəkən maşınla girmək qədər anormaldır.
- Vicdanıma and olsun ki...
- Mən həris insan deyiləm.
- Mən təəssüf edirəm ki...
- Heç kim özgəsinin ağrısını düzgün anlaya bilmir.
- Vanqa nənə ilə görüşsəydim...
- Deyərdim özüm ölüm, lotusan, vur bura!
- Tənhalıq insan üçün lənətdir, yoxsa ki...
- Əks halda haqqında bu qədər gic-gic şeirlər yazılmazdı.
- Ən böyük səhvim o olub ki...
- Həyatda ədalətin varlığına inanmışam.
- Kiminsə yalan danışdığını hiss edəndə...
- Utandığımdan üzə vura bilmirəm.
- Riyakarlıqla üzləşəndə...
- Həmin insandan iyrənməyə başlayıram.
- Tanrı insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Tanrı yoxdur.
- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki...
- Bağışla.
- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Optimist variantlara inanmaq istəyirəm.
- Günahlarım yadıma düşəndə...
- Xəcalət çəkirəm və məni tər basır.
- İlahi ədalətə inancımı o zaman itirdim ki...
- Pis adamların hər dəfə qazandığını, yaxşıların isə uduzduğunu gördüm.
- Yaxşı gündə, pis gündə...
- Əsas odur, sifətimizi saxlaya bilək.
Aytən