Qaziler.az saytı APA TV-nin “Müharibə adamı” layihəsi çərçivəsində hazırlanmış verilişləri-filmləri yayımlayır. Sizə Ağdərərnin Umudlu kəndi uğrunda gedən döyüşlərdən hazırlanmış “Umudlu döyüşləri 1” təqdim edir. Verilişdə Dəstənin komandirləri baş leytenant Fəxrəddin Rəcəbov, batalyonun kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, döyüşçülər Eldar Səmədov, Şamil Əbilov, Rafiq Qarayev, tibb bacısı Dilafruz Hüseynova, Umudlu kənd sakinləri Məhəmməd Nağıyev, Rəhman Paşayev o qanlı-qadalı günlərdən danışırlar...
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin 836 saylı Ağdam Ərazi Özünü Müdafiə Batalyonunun 55 nəfərlik şəxsi heyəti 27 dekabr 1991-ci ildən 28 fevral 1992-ci ilədək kəndin könüllüləri ilə birgə erməni işğalçılarına qarşı mətanətlə dayanmışdı...Əsgərlərimiz Umudluda olanda bu kəndin Azərbaycanla əlaqəsi yalnız vertolyotla olurdu. Yanvarın ortalarından isə bu əlaqənin də kəsilmək təhlükəsi yarandı. Çünki ermənilər Umudluya uçan vertolyotlara atəş açırdılar. Bu səbəbdən də Umudluda çox ciddi ərzaq və tibbi ləvazimat çatışmazlığı yaranmışdı. Kənddə uzun müddət idi ki, elektrik enerjisi verilmirdi. Yalnız axşam saatlarında Umudludakı generator vasitəsi ilə işıq verilirdi, çünki yanacaq çatmırdı. O da televiziyada xəbərlərə baxmaq üçün. İşıq veriləndə də ermənilər görüb atəş açmasın deyə, qapılar bağlanır, pəncərələr isə qara rəngli parça ilə tutulurdu. Davamını videoda izləyin...