Hər dəfə terror xəbərləri oxuyarkən istər-istəməz gözümüzün önünə Azərbaycan gəlir.
Bu sözləri “Türk Dünyası Ağsaqqaları Qəzeti”nin baş redaktoru Ramin Əhmədov bildirib. “Radikal dini qruplaşmaların puskuda durub ölkəmizə girmək üçün BOŞLUQ axtardığını çoxumuz bilirik və bu niyyətdə olanların Azərbaycana uzanan əllərinin hər dəfə yandığı da əkstəriyyətimiz üçün sirr deyil. Xarici ölklərdən gələn sifarişlər əsasında ölkə əhalisini təxribata çəkmək, ayrı-ayrı dövlət məmurları barədə yalnış fikirlər formalaşdırmaqla xalqin narazılığını yaratmaq kimi ziyanl fəaiyyətlə məşğul olan daxili düşmənlərimizin varlığı da heç kəsdə şübhə doğrumur. Bəli, onu da çoxumuz bilirik ki, Azərbaycandakı sabitliyi pozmağa, sınanmış və Prezidentə sadəqətilə seçilən məmurlara qara yaxmağa, onları xalqın gözündən salmağa, mətbuata həqiqətə uyğun olmayan məlumatlar ötürməyə çalışan xarici xüsusu xidmət orqanları var. Amma nə olursa olsun. Dövlətimiz təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşır və sabitliyin qorunması üçün bütün mümkün tədbirləri həyata keçirir. Məhz bu çalışmaların nəticəsidir ki, Azərbaycan indi müsəlman dünyasının ən təhlükəsiz ölkəsi kimi tanınır. Amma gəlin baxaq, belə rahat və qorxusuz həyatı, təhlükəsizliyimizin ən yüksək səviyyədə qorunmasını hamımz lazımi dərəcədə qiymətləndirə bilirikmi? Şükr etməyi bacarırıqmi? Uzaga getməyək, qardaş ölkədə törədilən ardıcıl terror aktları, Türkiyənin dövlət siyasətinə təsir etmək məqsədilə həyata keçirilən qanlı aksiyalar bizə kifayət etmirmi ki, ölkəmizdəki əminəmanlığın qədrini bilək və bu reallığı məişət qayğılarımızdan üstün tutaq? Bu gün dünyanın az qala yarısında insanlar zirzəmilərdə yaşamaq məcburiyyətində qalıb. Çünki göydən bombalar yağır. Bu gün dünyanın yarısında uşaqlar məktəbə getmir. Çünki məktəbləri uşaqlar da qarışıq partladıblar... Bu gün dünyanın yarısında ataların başını balalarının güzü qarşısında kəsirlər. Anaları övladlarının qarşısındaca tikə-tikə doğrayırlar. Bu gün dünyanın yarısında süddən təzəcə kəsilmiş uşaqları da terrorçuya çevirirlər. Bu gün dünyanın yarısında qan gölləri yaradıblar... Və nə yaxşı ki, biz Azərbaycanda yaşayırıq və nə yaxşı ki, sadaladığım dəhşətli hadisələr bizim ölkəmizdə baş vermir. Min dəfə şükürlər olsun ki, bizim övldalarımız sözün həqiq mənasında firəvan bir ölkədə böyüyür, təhsil alır və arzular qururlar. Eybi yox, qoy gəlirlərimiz azalsın, bir müddətdən sonra yenə hər şey öz qaydasına düşəcək. Təhükəsizliyimiz bütün sosial məsələlərdən önəmlidir. İnanın, bircə gün atəşdən, oddan-alovdan uzaq yaşamağın həsrətini çəkən milyonlar var. Biz isə bu günümüzün və əminliklä deyə bilərəm ki, BU SƏADƏTİMİZİN qədrini bəzən bilmirik.Dövlətimizə güvənək, dövlətimizə dəstək olaq ki, günəşimizin qarşısını qara buludlar kəsməsin!”.