İsveçdə bu gün Azərbaycan diasporunun vəziyyəti və fəaliyyəti və.s mövzularda söhbət etmək üçün "Swazco" Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədri Dennis Latifi ilə etdiyimiz söhbəti təqdim edirik.
-Dennis bəy, İsveç-Azərbaycan əlaqələrinin inkişafında Azərbaycan icmasının rolunu necə görürsünüz?-İsveç-Azərbaycan əlaqələrinin inkişafında Azərbaycan icmasının önəmli rolu var. Bu əlaqələrin daha da inkişafı üçün Azərbaycan diasporunun və cəmiyyətlərinin peşəkar iş birliyi vacidbir.
-Ümumiyyətlə,İsveç cəmiyyətində Azərbaycana münasibət necədir?
-İsveç cəmiyyətində təəssüflər olsun ki, Azərbaycan haqqında kifayət qədər məlumat yoxdur. Azərbaycanla İsveç əlaqələrinin inkişafı sahəsində böyük potensiallar var. Xüsusilə, mədəniyyət və turizm sahəsində bunu əminliklə qeyd etmək olar. Azərbaycan diasporunun qarşısında bu əlaqələri yaratmaq, inkişaf etdirmək və zirvəyə çatdırmaq üçün mühum vəzifələr durur. Təəssüf hissi ilə bildirməliyəm ki, diasporumuz indiyənə qədər bu vəzifənin öhdəsindən lazımı qədər gələ bilməyib. Azərbaycan cəmiyyətlərinin çoxunda İsveç icması ilə necə işləmək barədə kifayət qədər rəsmi məlumat yoxdur. Mən bu nöqsanı hiss edərkən, Swazco-nun yaradılmasına ehtiyac duydum. Və, belə bir təşkilat yaratmaq qərarını verdim. Swazconun idarə heyətinin yarısı milliyyətcə isveçlilərdən ibarətdir və bu heyət yüksək səviyyəli elm və ya dövlət qulluqçularından təşkil olunur. Swazconun məqsədlərindən biri İsveçdəki digər təşkilatları birləşdirmək və gücləndirməkdir.
-İsveç mediası ilə əlaqələriniz hansı səviyyədə tənzimlənir?
-İsveç mediası Azərbaycana siyasi və insan hüquqları baxımından yanaşırlar. Bizim cəmiyyət yeni yaranmasına baxmayaraq, il yarım ərzində media, İsveç xarici işlər nazirliyi və müxtəlif elm adamları ilə əlaqələr qurub. Azərbaycanı İsveçdə tanıtdırıb. Bizim məqsədimiz budur ki, İsveç mediasının diqqətini daha çox Azərbaycanın mədəniyyəti və tarixinə, xalqımızın qədim adət-ənənəsinə yönəldək.
-Erməni diasporunun fəaliyyəti nədən ibarətdir? Onlar İsveç cəmiyyətinə hansı fəaliyyətlə təsir göstərirlər?
-Erməni diasporu İsveçdə siyasi sahədə Türkiyə əleyhinə davamlı olaraq əks-təbliğat aparır. Digər ölkələrlə müqayisədə İsveçdə erməni diasporu elə də güclü deyil. Amma sistemli şəkildə çalışırlar.
-Cəmiyyətiniz qarşıda hansı tədbirlər keçirtməyi planlaşdırır?
-Dekabrın 2-də İsveçin Stokholm şəhərinin mərkəzində Qafqaz regionu mövzusunda seminarımızı keçiriləcək. Gələn ilin mart ayında İsveçdən Bakıya bir turizm səfərini təşkil edəcəyik. Fəaliyyətimizin əsas istəyi isveçlilərə gözəl Bakımızı yaxından tanış edək. Bundan əlavə İsveçdə yaşayan Azərbaycan haqqında da bir sərgi keçirtməyi planlaşdırırıq. Mədəniyyət sahəsində layihələr gerçəkləşdirməyi düşünürük. İmkanımız olarsa, Azərbaycandan İsveçə rəqs qrupu və musiqiçiləri dəvət etmək istəyirik.
Söhbətləşdi: Elnur Eltürk