"Ulu öndər o an kövrəldi" - Misir Mərdanov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb - VİDEO

"Ulu öndər o an kövrəldi" - Misir Mərdanov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb - VİDEO backend

Baku TV-nin "Aydın tarix" verilişinin yeni buraxılışında Əməkdar elm xadimi Misir Mərdanov ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

O, Bakı Dövlət Universitetinin arxivində Heydər Əliyevlə bağlı sənədləri araşdırarkən gözlənilməz hadisə ilə qarşılaşdığını söyləyib:

"Bir gün arxivin müdiri mənimlə görüşmək istədiyini bildirdi. O, Xalq Cəbhəsi üzvlərinin arxivə gələrək, Heydər Əliyevə dair materiallar axtardıqlarını söylədi və mənə bir qovluq təqdim etdi. Qovluğu açanda orada Heydər Əliyevin Naxçıvanda pedaqoji məktəbi bitirməsinə dair sənədləri, kamal attestatının əslini, universitet rektoruna yazdığı ərizəni və imtahan qiymətlərini gördüm. Bu materialları qoruyub saxladım və sonradan şəxsən ona təqdim etdim".

Misir Mərdanov verilişdə ulu öndərlə başqa bir görüşünü də belə xatırlayıb:

"Nazir işlədiyim dövrdə Prezident Administrasiyasından zəng edərək bildirdilər ki, Xətai rayonundakı "SOS Uşaq Kəndləri"ndə olmaq lazımdır, çünki Heydər Əliyev açılışda iştirak etmək üçün ora gələcək. Açılış zamanı o, otaqlardan birinə keçdi, daha sonra oradakı uşaqlardan himnimizi oxumalarını istədi. Uşaqlar himni o qədər səmimi və canlı oxudular ki, ulu öndər kövrəldi. Elə oradaca mənə dövlət rəmzləri haqqında kitab hazırlamağı tapşırdı. Hazırladığım həmin kitabı sonradan ona təqdim etdim".

Daha ətraflı Baku TV-nin videomaterialında: