Oftalmoloq Cahid Şahbazov: "Mən göz rənginin dəyişdirilməsi əməliyyatını ölkəyə gətirdim" - VİDEO

Oftalmoloq Cahid Şahbazov: "Mən göz rənginin dəyişdirilməsi əməliyyatını ölkəyə gətirdim" - VİDEO backend

"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu dəfə proqramın qonağı cərrah-oftalmoloq Cahid Şahbazov olub.

Həkim verilişdə Azərbaycanda göz rənginin dəyişdirilməsi əməliyyatını ilk dəfə özünün həyata keçirdiyini bildirib və bununla bağlı səslənən tənqidlərə cavab verib.

"Mən göz rənginin dəyişdirilməsi əməliyyatını ölkəyə gətirdim. Məhz buna görə də top atəşinə tutuldum. Hər şey təhsillə bağlı məsələdir. Təhsil yolu Səməd Vurğun küçəsi, yəni Tibb Universiteti ilə məhdud qalan həkimlər mənim etdiyim əməliyyat barədə fikir bildirirlər. Mən uzman həkiməm, dünyanın bir çox ölkəsində təcrübələr keçmişəm. Bu əməliyyatı öyrənmək üçün Fransaya səfər etmişəm. Flaak əməliyyatından kor olunmur. Bu əməliyyat insanı kor edə bilməz", − deyə o bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında: