Teymur Əmrah: "Musiqimizin səviyyəsini yüksəltmək üçün 4 kanalı bağlayardım" - VİDEO

Teymur Əmrah: "Musiqimizin səviyyəsini yüksəltmək üçün 4 kanalı bağlayardım" - VİDEO backend

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı Əməkdar artist Teymur Əmrah olub.

Verilişdə o, televiziya və musiqi sahəsində gördüyü problemlərdən söz açıb:

"Mənə musiqimizin səviyyəsini yaxşılaşdırmaq üçün səlahiyyət versəydilər, Azərbaycanda fəaliyyət göstərən 4 kanalı bağlayardım. Çünki toyxanadan gəlib Xalq artisti olanları özəl kanalların bədii şuralarına rəhbər təyin etdikdən sonra səviyyə aşağı düşüb. Əvvəllər müğənniləri efirə buraxmağın kriteriyaları var idi. Şair, bəstəkar, aktyor və musiqişünaslar ifaçının peşəkarlığına, geyiminə diqqət edər, yalnız uyğun namizədlər ekrana çıxardı".

Teymur Əmrah proqramda, həmçinin bəzi həmkarlarını qınayıb:

"Arzum hamının yaxşı insan olmasıdır. Əgər birinə yaxşılıq edirsənsə, onu demək olmaz. Amma elə sənətçilər var ki, bunu dilləndirirlər. Onlara yazıq, bədbəxt kimi baxıram. Həmin şəxslərin sənətləri ilə şəxsiyyətləri eyni səviyyədədir. Çünki insan kimi formalaşmış biri heç vaxt etdiyi yaxşılıqdan danışmaz".