2012-ci ildən 2017-ci ilə qədər "Azad Azərbaycan" Müstəqil Teleradio Şirkətinin prezidenti olmuş Vüqar Qaradağlı ilk dəfə kanaldan getməsinin səbəblərini açıqlayıb.
Qaziler.az xəbər verir ki, o bu barədə Teleqraf.az-a verdiyi müsahibəsində danışıb.
V.Qaradağlı bildirib ki, işdən getməyinin səbəbi müəyyən məsələlərin vaxtından əvvəl həll edilməsinə çalışması olub:
"Bizim dediklərimizin hamısı həyata keçdi. Biz dövlətimizə, prezidentimizin apardığı siyasətə maneçilik törədənləri diqqətə çıxarmışdıq. Sadəcə vaxtından tez söyləmişdik!
Zamanı qabaqladıq və bu bizim səhvimiz oldu. Əslində, səhv də deməzdim, əgər bu səhv olsaydı, bu gün də başqa bir stolda olardım. Deməli, düz demişəm. Həyatdır və heyifsilənməli deyiləm. Ərəbşünasam, öz sahəmdə çalışıram. Ruhdan düşməmişəm".