"Danışaq?" layihəsinin qonağı: Avropa Ukrayna ilə bağlı danışıqlarda iştirak etməməkdə özü günahkardır - VİDEO

"Danışaq?" layihəsinin qonağı: Avropa Ukrayna ilə bağlı danışıqlarda iştirak etməməkdə özü günahkardır - VİDEO backend

Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.

Qaziler.az xəbər verir ki, podkastın qonağı politoloq Oktay Sadıxzadə olub.

Proqram iştirakçıları Ukraynada cari vəziyyəti, ABŞ-nin Ukraynada seçkilərin keçirilməsi tələbini müzakirə edib və onların keçirilməsi halında hadisələrin inkişafının müxtəlif variantlarını nəzərdən keçiriblər.

O.Sadıxzadə həmçinin Avropa İttifaqının nüfuz səviyyəsinin düşdüyünü qeyd edib ki, bu da Ukrayna böhranının həlli üzrə danışıqlar prosesində onların iştirak etməməsində özünü göstərir.

"Bunda Avropanın özü günahkardır. Onun uğursuz miqrasiya, vergi və demoqrafik siyasəti indi danışıqlar masasında olmamasına gətirib çıxarıb", - o bildirib.

Politoloq Ukraynada cəbhə xəttində yaranmış vəziyyətlə bağlı öz baxışını, münaqişənin başa çatması perspektivləri, həmçinin Yaxın Şərqdəki vəziyyət barədə fikirlərini bölüşüb.

Bununla yanaşı, O.Sadıxzadə H.Həmidovla ABŞ Prezidenti Donald Trampın siyasi ambisiyalarını, Kanada və Qrenlandiyanı birləşdirmək istəyini də müzakirə edib.

Politoloq Trampın artıq öz xarici siyasətində müəyyən uğurlar əldə etdiyi fikrini söyləyib.

Müsahibənin daha bir mövzusu - AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra Azərbaycan və Rusiya münasibətləri, Cənubi Qafqaz regionunda vəziyyətin inkişafıdır.

Diaspora