Belçikada fermerlər ölkənin ən böyük limanlarını blokadaya alıb

Belçikada fermerlər ölkənin ən böyük limanlarını blokadaya alıb backend

Bu gün Belçikanın böyük limanlarında fermerlər etiraz aksiyaları keçirirlər.

Qaziler.az xəbər verir ki, məlumatı Belçika mediası yayıb.

Onlarla traktor Antverpen, Zeebrugge və Gent limanlarında birləşərək onların ərazisində istənilən nəqliyyatın hərəkətinə maneələr yaradırıb

Liman rəhbərliyi bundan əvvəl etirazçıları dəymiş itkilərə görə məsuliyyət daşıyacaqlarını bildirib.

Qeyd edək ki, bu ilin əvvəlindən bir çox Avropa ölkəsində yüksək vergilərə və qiymətlərin artmasına, xüsusən də kənd təsərrüfatı texnikası üçün yanacağın artmasına, Aİ-nin sərt ekoloji qaydalarına, eləcə də ucuz kənd təsərrüfatı məhsullarının idxalına qarşı çıxan fermerlər tərəfindən etiraz aksiyaları keçirilir.

QAZİLER.AZ

Diaspora