Braziliya prezidenti İsraildəki səfirini geri çağırıb

Braziliya prezidenti İsraildəki səfirini geri çağırıb backend

Braziliya prezidenti Luiz İnasiu Lulo da Silva ölkənin İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı Reuters" yayıb.

Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Katz Braziliya liderinin Qəzza zolağında baş verənləri soyqırım adlandırmasından və onu Holokostla müqayisə etməsindən sonra Braziliya prezidenti Luiz İnasiu Lulo da Silvanı persona non qrata (arzuolunmaz şəxs) elan edib.

“Biz unutmayacağıq və bağışlamayacağıq. Bu, ciddi antisemit hücumdur”, - diplomat bildirib.

QAZİLER.AZ

Diaspora